Biz təhlükəsizlik, sağlamlıqekologiyanı dayanıqlı inkişafın vahid strategiyasında birləşdiririk.
|
2018-ci ildən fəaliyyət göstərən şirkətimiz, müasir təlim metodları və praktik yanaşmalar vasitəsilə fərdlərin və təşkilatların inkişafına dəstək verir. Təqdim etdiyimiz yerli və beynəlxalq standartlara uyğun hazırlanmış təlim proqramları yalnız nəzəri bilikləri deyil, eyni zamanda real iş mühitində tətbiq oluna biləcək praktik bacarıqları da əhatə edir. Təlim və tədrisi müvəffəqiyyətlə bitirən tərəfdaşlara yerli və beynəlxalq sertifikatlar təqdim olunur.

Şirkətimiz, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən təsdiqlənmiş metodikaya istinadən təlimləri təşkil etmək hüququna malikdir. FHN SİTGDMNDA AzDƏMTTETİ institutu tərəfindən şirkətimizin metodikalarına müsbət rəy verilmiş, razılaşdırılaraq geri göndərilmişdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Azərbaycan Texniki Universiteti tərəfindən Şirkətin təqdim etdiyi təlim metodikaları həm nəzəri, həm də praktiki baxımdan effektiv hesab edilərək yüksək qiymətləndirilmiş və şirkətə müsbət rəy verilmişdir.

Şirkətimiz ISO 9001 (Keyfiyyət İdarəetmə Sistemi), ISO 29990 (Təhsil və Təlim Xidmətləri üzrə Keyfiyyət Standartı) və ISO 10002 (Keyfiyyəti idarəetmə-Müştəri məmnuniyyəti) beynəlxalq sertifikatlarına malikdir.

Şirkətimiz həmçinin müvafiq sahələr üzrə ixtisaslaşmış peşəkar heyət vasitəsilə müəssisələrdə təhlükəsizlik sistemlərinin qurulması və idarə olunmasını təmin edir. Bütün fəaliyyətlərimiz beynəlxalq və yerli qanunvericiliyə uyğun, tələb olunan lisenziya və icazələrlə təmin olunmuş şəkildə həyata keçirilir.İllər ərzində müxtəlif sektorları təmsil edən bir sıra böyük şirkətlərlə uğurlu əməkdaşlıqlar quraraq, müştərilərimizin ehtiyaclarına uyğun yüksək keyfiyyətli, etibarlı və davamlı xidmətlər təqdim edirik.

Məqsədimiz — təhlükəsiz və effektiv iş mühitinin qurulmasına töhfə vermək, partnyorlarımızın uzunmüddətli uğurlarına dəstək olmaqla lider olmaqdır.
  • 7+ il
    tikinti və sənaye sahəsində təhlükəsizlik üzrə təcrübə
  • 5000+
    təlim görmüş və sertifikatlı mütəxəssislər
  • 250000+
    fərqli sənaye sahələri üçün təlim saatları
Xidmətlər
Şirkətimiz təhlükəsizlik və ekoloji idarəetmə sahəsində müəssisələrin dayanıqlı və qanunvericiliyə uyğun fəaliyyətini təmin edən kompleks SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) xidmətləri təqdim edir.

Bizim xidmətlərimiz istehsalat və tikinti obyektlərində əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ətraf mühitin qorunması üzrə bütün mərhələləri əhatə edir — planlaşdırmadan auditə, təlimdən texniki icraya qədər.
Təlimlər
Təhlükəsizlik sahəsində davamlı inkişafın əsas şərti — əməkdaşların bilik və bacarıqlarının mütəmadi olaraq təkmilləşdirilməsidir. Buna görə şirkətimiz əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, mülki müdafiə və ətraf mühitin qorunması istiqamətlərində nəzəri və praktiki təlimlər təşkil edir. Təlim proqramlarımız beynəlxalq SƏTƏMM standartlarına və Fövqəladə Hallar Nazirliyinin tələblərinə uyğun hazırlanır. Hər bir təlim konkret sahənin risklərini nəzərə alır və real istehsalat şəraitində tətbiq edilə bilən bilik və vərdişlərin formalaşdırılmasına yönəlir.

Təlimlərin əsas məqsədləri:
  • İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə bilik səviyyəsini artırmaq
  • Fövqəladə hallar zamanı düzgün davranış qaydalarını öyrətmək
  • Yanğın, partlayış, kimyəvi sızma və digər risklərə qarşı çevik reaksiya bacarıqlarını formalaşdırmaq
  • Ətraf mühitin qorunması prinsiplərini və məsuliyyətli istehsalat mədəniyyətini aşılamaq
Əməkdaşlıqlar