Bu təlim proqramı inşaat sahələrində istifadə olunan platformalardan (avtomatik qaldırıcılar, səyyar platformalar, iskelelər və s.) təhlükəsiz və düzgün istifadə qaydalarının öyrədilməsi məqsədi ilə hazırlanmışdır. Təlim, həm texniki işçilər, həm də platforma üzərində işləyən bütün şəxslərin təhlükəsizliyini təmin etmək üçün zəruri bilik və bacarıqları əhatə edir.
Təlimdə əhatə olunan əsas mövzular:- İnşaat platformalarının növləri və istifadə məqsədləri
- Platformadan əvvəlcədən baxış və texniki yoxlama prosedurları
- Platformaya çıxış və düşmə zamanı təhlükəsizlik qaydaları
- Fərdi qoruyucu vasitələrin (FKV) düzgün istifadəsi
- Platforma üzərində hərəkət zamanı davranış qaydaları
- Sərhəd yüklər, balans və stabillik prinsipləri
- Fövqəladə hallarda düzgün reaksiya və təxliyə yolları
Bu təlim iştirakçıların yüksəklikdə daha təhlükəsiz işləmələrinə, qəzaların qarşısının alınmasına və əməyin mühafizəsi normalarına əməl olunmasına kömək edir. Eyni zamanda qeyd olunanlar praktiki olaraq göstəriləcəkdir.