Əməyin mühafizəsi və texniki təhlükəsizlik
“ISF MMC” Şirkəti olaraq, müqavilə əsasında Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) sahəsində ekspert mütəxəssislərin ezam olunması və xidmət göstərilməsi xidmətini təqdim edirik. Ezam olunan heyət, müəssisənizin spesifik tələblərinə uyğun olaraq SƏTƏM sistemini qiymətləndirəcək və ya mövcud sistemi daha yüksək səviyyəyə daşıyacaq və yol xəritəsi təqdim edəcəkdir.

Xidmətlərin məzmunu:
  • SƏTƏM idarəetmə sisteminin layihələndirilməsi və tətbiqi
  • Risklərin qiymətləndirilməsi və effektiv nəzarət tədbirlərinin hazırlanması
  • Mütəxəssis prosedur və təlimatların hazırlanması
  • İşçilərin SƏTƏM üzrə maarifləndirilməsi və müvafiq təlimlərin keçirilməsi
  • Daxili və xarici auditlərin, yoxlamaların aparılması
  • Qəza və insidentlərin araşdırılması, kök səbəblərinin təhlili və hesabatların hazırlanması
  • Layihə müddətində bütün proseslər sizlə sıx koordinasiyada aparılacaq
  • İşin sonunda müəssisənizə tam funksional, normativ sənədləşdirilmiş və davamlı inkişaf yol xəritəsi ilə dəstəklənən SƏTƏM idarəetmə sistemi təhvil veriləcəkdir.

Xidmətlərimiz Azərbaycan Respublikasının müvafiq qanunlarına və beynəlxalq standartlara uyğun şəkildə icra olunacaqdır