İlk yardım təlimimiz iş yerlərində və gündəlik həyatda qarşılaşa biləcək qəza və fövqəladə hallarda ilkin yardım göstərmək bacarıqlarını artırmaq məqsədi ilə hazırlanmışdır.
Təlimdə iştirak edənlər həm nəzəri, həm də praktiki biliklər əldə edərək aşağıdakı mövzuları öyrənəcəklər:- Yaralanmaların və qanaxmaların ilkin yardım üsulları
- Yanıq, zəhərlənmə və digər təcili tibbi vəziyyətlərdə davranış qaydaları
- Boğulma və nəfəsalma problemlərinin aradan qaldırılması
- Süni tənəffüs və ürək masajı (CPR) texnikaları
- Şok vəziyyətinin tanınması və qarşısının alınması
- Fövqəladə hallar zamanı sakitliyi qorumaq və kömək çağırmaq
- İlk yardım üçün lazımi avadanlıqların istifadəsi
Bu təlim iştirakçıların həyati vacib bacarıqlarını inkişaf etdirərək, qəza və fövqəladə hallarda insan həyatını qorumaq üçün hazırlayır.