Bu təlim proqramı istehsalatda və ya iş yerlərində baş verən qəzaların, hadisələrin və potensial riskli situasiyaların səbəblərini peşəkar şəkildə araşdırmaq, təhlil etmək və gələcəkdə onların təkrarlanmasının qarşısını almaq məqsədi ilə hazırlanmışdır.
Təlim iştirakçıları aşağıdakı mövzular üzrə nəzəri və praktiki biliklər əldə edəcəklər:- Qəza və hadisə anlayışları: fərqlər və təsnifat
- Qəza və insidentlərin araşdırılmasına dair hüquqi və normativ tələblər
- Hadisə yerinin təhlili və sübutların toplanması
- Müsahibələrin aparılması və şahid ifadələrinin alınması
- Kök səbəb analizləri (Root Cause Analysis, 5 Why, Fishbone və s.)
- Araşdırma hesabatlarının hazırlanması və təqdimatı
- Qarşısının alınması tədbirlərinin müəyyən edilməsi və izlənməsi
Bu təlim işəgötürənlərə, mühəndis və təhlükəsizlik mütəxəssislərinə hadisələrə reaktiv deyil, sistemli və qabaqlayıcı yanaşma formalaşdırmaq imkanı yaradır.