Bu təlim proqramı yükqaldırma əməliyyatlarında iştirak edən işarəçi (siqnalçı) və ilməkçi (qandallayıcı) vəzifələrini icra edən şəxslərin peşəkar bilik və bacarıqlarını artırmaq məqsədi ilə hazırlanmışdır. Təlim zamanı yüklərin təhlükəsiz bərkidilməsi, siqnal sistemlərinin düzgün istifadəsi və əmək mühafizəsi qaydalarına ciddi əməl olunması öyrədilir.
Təlimdə əhatə olunan əsas mövzular:- İşarəçi və ilməkçinin vəzifə və məsuliyyətləri
- Yüklərin düzgün bağlanması və balanslaşdırılması qaydaları
- Yükqaldırma siqnalları və rabitə üsulları
- Avadanlıqların və ilmə vasitələrinin seçimi və yoxlanması
- Qaldırma əməliyyatları zamanı əmək mühafizəsi və risklərin idarə olunması
- Fövqəladə hallar zamanı düzgün reaksiya və davranış
Bu təlim yükqaldırma prosesində iştirak edən şəxslərin təhlükəsizliyini təmin etmək və əməliyyatların daha səmərəli həyata keçirilməsinə zəmin yaradır.