Bu təlim proqramı inşaat sahələrində istifadə olunan platformaların (səyyar və sabit qaldırıcı qurğular, dəmirbədlər və s.) texniki vəziyyətinin mütəmadi yoxlanılması, təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsi və potensial risklərin vaxtında aşkarlanması məqsədi ilə hazırlanmışdır.
Təlim zamanı iştirakçılar aşağıdakı mövzuları öyrənəcəklər:- İnşaat platformalarının növləri və istifadə sahələri
- Günlük, həftəlik və aylıq texniki yoxlamaların aparılması
- Daşınan və sabit platformalarda yoxlama prosedurları
- Aşkar edilə bilən nasazlıqlar və onların aradan qaldırılması yolları
- Təhlükəsizlik göstəricilərinin yoxlanması və sənədləşmə qaydaları
- Qəza risklərinin müəyyən olunması və qarşısının alınması tədbirləri
- Müvafiq standart və normativ aktlara uyğunluq
Bu təlim platforma avadanlıqları ilə işləyən mühəndis, texniki işçi və nəzarətçilərə avadanlığın təhlükəsiz istismarını təmin etmək üçün zəruri bilik və bacarıqları qazandırır. Eyni zamanda qeyd olunanlar praktiki olaraq göstəriləcəkdir.