Riskin qiymətləndirilməsi
Bu təlim proqramı müəssisələrdə əməyin mühafizəsi və iş təhlükəsizliyi sahəsində risklərin düzgün müəyyən edilməsi, təhlili və idarə olunması üzrə bilik və bacarıqların artırılması məqsədi ilə hazırlanmışdır. Risklərin vaxtında qiymətləndirilməsi qəza və peşə xəstəliklərinin qarşısının alınmasında əsas rol oynayır.

Təlimdə aşağıdakı mövzulara diqqət yetirilir:
  • Riskin anlayışı və növləri
  • Riskin qiymətləndirilməsinin məqsədi və mərhələləri
  • Təhlükələrin tanınması və risk faktorlarının müəyyənləşdirilməsi
  • Risklərin ehtimalları və nəticələrinin təhlili (risk matrisləri və s.)
  • Prioritetləşdirmə və tədbirlərin planlaşdırılması
  • Sənədləşdirmə və mütəmadi yeniləmə
  • Risklərin idarə olunması üzrə hüquqi və normativ tələblər

Bu təlim müəssisələrdə daha təhlükəsiz və nəzarətli iş mühitinin yaradılmasına, həmçinin rəhbərlik və nəzarətçi heyətin məsuliyyətli qərarlar verməsinə kömək edir.