Yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs
Təlim proqramımız yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxslərin iş yerində yanğın risklərini vaxtında müəyyən etməsi, təhlükəsizlik tədbirlərini tətbiq etməsi və fövqəladə hallar zamanı düzgün idarəetməni təmin etməsi üçün hazırlanmışdır.

Təlimdə iştirak edənlər həm nəzəri, həm də praktiki şəkildə aşağıdakı mövzuları mənimsəyəcəklər:
  • Yanğın təhlükəsizliyi üzrə qanunvericilik və normativ tələblər
  • Yanğın risklərinin tanınması və qiymətləndirilməsi
  • Yanğınsöndürmə avadanlıqlarının idarə olunması və istifadəsi
  • Yanğın təhlükəsizliyi planlarının hazırlanması və tətbiqi
  • Fövqəladə hallar zamanı cavabdeh şəxsin rolu və operativ idarəetmə
  • İşçilərin yanğın təhlükəsizliyi üzrə maarifləndirilməsi və təlimlərin təşkili

Bu təlim yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxslərin peşəkar bacarıqlarını artırır və iş yerində yanğın təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsinə kömək edir.