Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit mühafizəsi haqqında ümumi anlayış (SƏTƏMM)
Bu təlimdə iştirakçılara iş yerində sağlamlıq və təhlükəsizlik qaydaları barədə geniş biliklər veriləcəkdir. Təlim çərçivəsində əmək şəraitində mövcud olan müxtəlif risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və effektiv idarə olunması üsulları öyrədiləcək. Risklərin idarə olunması işçilərin və iş yerinin təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Həmçinin, təlimdə ətraf mühitin qorunması və davamlılığın təmin olunması istiqamətində tədbirlər haqqında məlumat verilir. Təlimin məqsədi işçilərin sağlamlığını qorumaq, qəza və zədələnmələrin qarşısını almaq, həmçinin ekoloji cəhətdən məsuliyyətli və təhlükəsiz iş mühitinin yaradılmasına töhfə verməkdir.