Təhlükəsizlik sahəsində davamlı inkişafın əsas şərti — əməkdaşların bilik və bacarıqlarının mütəmadi olaraq təkmilləşdirilməsidir. Buna görə şirkətimiz əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, mülki müdafiə və ətraf mühitin qorunması istiqamətlərində nəzəri və praktiki təlimlər təşkil edir. Təlim proqramlarımız beynəlxalq SƏTƏMM standartlarına və Fövqəladə Hallar Nazirliyinin tələblərinə uyğun hazırlanır. Hər bir təlim konkret sahənin risklərini nəzərə alır və real istehsalat şəraitində tətbiq edilə bilən bilik və vərdişlərin formalaşdırılmasına yönəlir.
Təlimlərin əsas məqsədləri:- İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə bilik səviyyəsini artırmaq
- Fövqəladə hallar zamanı düzgün davranış qaydalarını öyrətmək
- Yanğın, partlayış, kimyəvi sızma və digər risklərə qarşı çevik reaksiya bacarıqlarını formalaşdırmaq
- Ətraf mühitin qorunması prinsiplərini və məsuliyyətli istehsalat mədəniyyətini aşılamaq