Bu təlim proqramı, təhlükəli və xüsusi nəzarət tələb edən işlərin icrasına icazə verən səlahiyyətli şəxslərin hüquq, məsuliyyət və vəzifələrini əhatə edir. Məqsəd – bu şəxslərin təhlükəsizlik standartlarına uyğun şəkildə qərar vermə və risklərin idarə olunması bacarıqlarını inkişaf etdirməkdir.
Təlimdə aşağıdakı mövzulara toxunulur:- "İcazə ilə iş" (Permit to Work – PTW) sisteminin məqsədi və strukturu
- Səlahiyyətli şəxsin vəzifə və hüquqları
- İş başlamazdan əvvəl risklərin qiymətləndirilməsi və təhlükəsizlik tədbirlərinin yoxlanması
- Fərqli icazə növləri: isti işlər, məhdud sahəyə giriş, elektrik işi və s.
- Sənədləşdirmə, qeydlər və nəzarət mexanizmləri
- İş zamanı və sonrası nəzarət, icazənin bağlanması
- Qəza və fövqəladə hallar zamanı düzgün qərarvermə
Bu təlim, işlərin təhlükəsiz icrası üçün cavabdeh olan şəxslərin bilik və məsuliyyətlərini artırmaqla yanaşı, müəssisədə əməyin mühafizəsinə töhfə verir.