İş yerlərində əməyin və ətraf mühitin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi sahəsində potensial risklərin vaxtında aşkarlanması və qarşısının alınması üçün peşəkar inspeksiya xidmətləri təqdim edirik.
Xidmətimizin məqsədi — müəssisənizin yerli və beynəlxalq SƏTƏM standartlarına tam uyğun fəaliyyətini təmin etmək, istehsalat qəzalarının, hüquqi sanksiyaların və maddi itkilərin qarşısını almaqdır.
Xidmətlərə daxildir:- İstehsalat, tikinti və sənaye obyektlərində planlı və qəfil yoxlamalar
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasının qiymətləndirilməsi
- Ətraf mühitə təsir edən amillərin monitorinqi
- FHN, ISO, EN və digər yerli və beynəlxalq standartlara uyğunluğun yoxlanılması
- Risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin hazırlanması
- İnspeksiya hesabatlarının və tövsiyə planlarının tərtibi
- Yol xəritəsinin təqdim edilməsi