Yanğın təhlükəsizliyi əsasları
Yanğın təhlükəsizliyi iş yerlərində, xüsusən də inşaat və sənaye sahələrində əsas prioritetlərdəndir. Təlim proqramımızda iştirakçılar yanğının səbəblərini və potensial riskləri tanımaq, yanğın təhlükəsizliyi qaydalarını öyrənmək, yanğın zamanı düzgün davranmaq və zərərsizləşdirmə üsullarını praktiki və nəzəri şəkildə mənimsəyəcəklər.

Təlimdə aşağıdakı mövzulara diqqət yetirilir:
  • Yanğın səbəbləri və yanğın təhlükəsi yaradan risklərin tanınması
  • Yanğın təhlükəsizliyi üzrə əsas qaydalar və norma və tələblər
  • Yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə (yanğınsöndürənlər, hidrantlar və s.)
  • Yanğın siqnalları və təcili çıxış yolları
  • Fövqəladə hallar zamanı davranış qaydaları və ilkin yardım
  • Yanğının yayılmasının qarşısının alınması və risklərin idarə olunması

Bu təlim yanğın risklərini vaxtında müəyyən etməyə, onların qarşısını almağa və işçilərin təhlükəsizliyini təmin etməyə kömək edir.