Bu təlim proqramı işçilərə İşə İcazə Sistemi (Permit to Work - PTW) qaydalarını və prosedurlarını düzgün tətbiq etməyi öyrətmək məqsədi ilə hazırlanmışdır. Təlimdə iştirak edənlər işə icazə sisteminin əhəmiyyətini, təhlükəsizlik tədbirlərini və icazə prosedurlarını anlayaraq iş yerlərində risklərin effektiv idarə olunmasını təmin edəcəklər.
Təlimdə aşağıdakı mövzular əhatə olunur:- İşə İcazə (PTW) sisteminin məqsədi və əsas prinsipləri
- İcazə növləri və onların tətbiqi sahələri
- İcazə alma və vermə prosedurları
- İcazə sənədlərinin doldurulması və saxlanması
- İş prosesində təhlükəsizlik tədbirlərinin təmin olunması
- İcazə istifadəçisi kimi məsuliyyət və öhdəliklər
- Fövqəladə hallarda davranış və hesabat vermə
Bu təlim işçilərin PTW sistemindən düzgün istifadə etməsinə və iş yerlərində təhlükəsizliyin artırılmasına kömək edir.