Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları
Bu təlim proqramı hündürlükdə işləyən işçilərin təhlükəsizliyini təmin etmək, potensial riskləri tanımaq və onlardan qorunmaq üçün zəruri bilik və bacarıqları artırmaq məqsədi ilə hazırlanmışdır. Təlimdə hündürlükdə iş zamanı istifadə olunan fərdi qoruyucu vasitələr, təhlükəsizlik texnikaları və fövqəladə hallar zamanı davranış qaydaları öyrədilir.

Təlimdə aşağıdakı mövzular əhatə olunur:
  • Hündürlükdə işləmə ilə bağlı əsas təhlükələr və risklər
  • Fərdi qoruyucu vasitələrin (kaskalar, kəmərlər, bağlayıcı qurğular) düzgün seçilməsi və istifadəsi
  • İş sahəsinin təhlükəsizlik baxımından hazırlanması
  • Hündürlükdə iş zamanı təhlükəsizlik qaydaları və normativlər
  • Qalxma və enmə texnikaları
  • Fövqəladə hallar zamanı düzgün reaksiya və ilkin yardım
  • Təhlükəsizlik mədəniyyətinin formalaşdırılması
  • Hündürlükdə fövqəladə hallar zamanı düzgün təxliyyə prosesinin təşkil edilməsi.

Təlimi uğurla başa vuran iştirakçılara "Hündürlükdə görülən işlərin təhlükəsizliyi" üzrə FHN metodika təsdiqli sertifikat və qrup vəsiqələri təqdim olunur.