Yanğından mühafizə metodları üzrə praktik təlimlər
Təlim proqramımız işçilərə yanğın təhlükəsizliyinin əsas prinsiplərini öyrədir, həmçinin yanğınların qarşısının alınması və fövqəladə hallarda düzgün davranış qaydalarını əhatə edir. İştirakçılar yanğın siqnalının verilməsi, ilkin yanğınsöndürmə vasitələrinin istifadəsi və təhlükəsizlik tədbirlərinin praktik tətbiqini mənimsəyirlər. Məqsədimiz hər bir işçinin yanğın təhlükəsizliyi sahəsində operativ və effektiv hərəkət etməsini təmin etməkdir.
Dəmirbənd (Scaffold) xidmətləri üzrə praktik təlimlər
Bu təlimlərdə iştirakçılar müvəqqəti metal konstruksiyaların – dəmirbəndlərin– təhlükəsiz qurulması, sökülməsi və müntəzəm texniki xidmətinə dair praktik biliklər əldə edirlər. Təlimlər zamanı işçilərə yükdaşıma qabiliyyəti, düzgün montaj, sabitlik və SƏTƏM qaydalarına riayət olunması əsas olaraq izah olunur. Təhlükəsiz iş mühiti yaratmaq və qəzaların qarşısını almaq məqsədi ilə bütün mərhələlərdə təhlükəsizlik standartları ciddi şəkildə tətbiq edilir.
Özünü müdafiə metodları üzrə praktik təlimlər
Bu təlimlərdə iştirakçılar mühafizə sahəsində fərdi təhlükəsizliyi təmin etmək və real iş şəraitində effektiv özünü müdafiə bacarıqlarını inkişaf etdirmək üçün praktik biliklər əldə edirlər. Təlimlər zamanı fiziki müdafiə üsulları, qarşıdurmaların idarə olunması, təhlükəli situasiyalarda sakit və qərarlı davranışın önəmi vurğulanır.
İştirakçılar müxtəlif təcavüz və təzyiq hallarında düzgün reaksiya vermə texnikalarını praktiki şəkildə öyrənir, özünü müdafiə üçün əlverişli metodlar tətbiq edirlər. Təlimlərin məqsədi mühafizəçilərin şəxsi təhlükəsizliyini artırmaq, iş zamanı yaranan riskləri minimuma endirmək və qarşıdurmaların təhlükəsiz şəkildə idarə olunmasını təmin etməkdir.