Bu təlim proqramı müəssisələrdə tullantıların düzgün idarə olunması, azaldılması, təkrar emalı və təhlükəsiz şəkildə utilizasiyası üzrə bilik və bacarıqların artırılması məqsədi ilə hazırlanmışdır. Təlim iştirakçıları tullantıların növləri, onların təsnifatı və müvafiq qanunvericilik əsasında idarə olunması qaydalarını öyrənəcəklər.
Təlimdə aşağıdakı mövzular əhatə olunur:- Tullantıların növləri və təsnifatı
- Tullantıların idarə olunması prinsipləri
- Tullantıların azaldılması və təkrar emal imkanları
- Qanunvericilik və ekoloji tələblər
- Tullantıların toplanması, saxlanması və daşınması qaydaları
- Təhlükəsiz utilizasiya və zərərsizləşdirmə metodları
- Tullantıların idarə olunması üzrə hesabatların hazırlanması
Bu təlim müəssisələrdə ekoloji təhlükəsizliyin təmin olunması və tullantıların idarə edilməsində səmərəli sistemlərin yaradılması üçün nəzərdə tutulmuşdur.