Tikinti və sənaye obyektlərində işçilərin təhlükəsiz işləməsini təmin etmək üçün dəmirbənd (scaffold) sistemləri üzrə beynəlxalq standartlara uyğun peşəkar xidmətlər təqdim edilməsi üçün təlimlər keçiririk.
Xidmətlərimiz müvəqqəti metal konstruksiyaların mövcud normativlərə və təhlükəsizlik standartlarına uyğun şəkildə tətbiqini əhatə edir. Xidmətə aşağıdakılar daxildir:1. Layihələndirmə və Planlaşdırma- Obyektə uyğun dəmirbənd layihələrinin hazırlanması
- Beynəlxalq standartlara əsaslanan dizayn
- Yüklənmə hesablamaları və risk qiymətləndirməsi
- 3D modelləşdirmə və rəqəmsal planlaşdırma
- Statik hesabatların hazırlanması
2. Təhlükəsizlik və Mühafizə- Dəmirbənd quruluşlarının dövri yoxlaması (gündəlik / həftəlik)
- Düşmə əleyhinə sistemlərin inteqrasiyası
- Təhlükəsizlik nişanları, baryerlər, qoruyucu şəbəkələrin quraşdırılması
3. İstismar və Texniki Xidmətlər- Qurulmuş dəmirbənd texniki baxış və servisi
- Zədələnmiş hissələrin bərpası və dəyişdirilməsi
4. İnnovativ Yanaşmalar- Alüminium və yüngül materiallı scaffold sistemlərindən istifadə qaydaları
- “Quick-lock”, “Ring-lock” və "Tube and clamp" texnologiyaları üzrə təlim
- BIM sistemləri ilə inteqrasiya olunmuş layihələndirmə
- Dron və sensor texnologiyaları ilə yoxlamalar
5. Maarifləndirmə və Təlim- Dəmirbənd təhlükəsizliyi üzrə təlim proqramları
- Sertifikatlaşdırılmış dəmirbənd montajçılarının hazırlanması
- Fövqəladə hallarda təxliyə planları hazırlanaraq işçi heyətinin maarifləndirilməsi