Şirkətimiz müasir təhlükəsizlik tələblərinə uyğun olaraq müəssisə və təşkilatlarda kompleks mühafizə sistemlərinin layihələndirilməsi və tətbiqini həyata keçirir.
Xidmətlərimizin məzmunu:- İdarəetmə və təşkilati həllər — təhlükəsizlik siyasəti, prosedurlar və idarəetmə strukturlarının formalaşdırılması;
- Fiziki mühafizə — obyektlərdə nəzarət, qoruyucu xidmət;
- Mühafizə siyasəti və prosedurlarının hazırlanması — daxili qaydalar, iş rejimleri, təhlükəsizlik xidmətlərinin səlahiyyətlərinin müəyyən edilməsi;
- Yerli və beynəlxalq qanunvericiliyə uyğun struktur — Azərbaycan Respublikasının Əmək Məcəlləsi və mühafizə, təhlükəsizlik qanunvericiliyi çərçivəsində təşkilati strukturun qurulması;
- Risklərin analizi və təhlükəsizlik planının hazırlanması — potensial risklərin qiymətləndirilməsi, qarşısının alınması üçün tədbirlərin müəyyən edilməsi;
- Mühafizəçilərin peşəkar hazırlığı və yerləşdirilməsi — işçi heyətinin seçilməsi, təlim keçməsi, əməliyyat rejimində işə başlaması;
- Təhlükəsizlik qruplarının fövqəladə hallar üzrə operativ reaksiyası — hadisə və ya fövqəladə vəziyyətlərə çevik müdaxilə imkanlarının təmin edilməsi;
- Kadr hazırlığı və təlimlər — ilkin yardım qaydaları, təhlükəsizlik qaydaları və müvafiq prosedurlar üzrə işçilərin maarifləndirilməsi və təlimi.