Qapalı sahəyə giriş
Bu təlim proqramı təhlükəli və qapalı məkanlarda (məsələn, anbarlar, tanklar, boru xətləri daxilində) təhlükəsiz giriş və iş şəraitinin təmin edilməsi məqsədi ilə hazırlanmışdır. Təlim iştirakçıları qapalı sahələrdə əməyin mühafizəsi qaydalarını öyrənəcək, potensial riskləri tanıyacaq və fövqəladə hallar zamanı düzgün davranış qaydalarını mənimsəyəcəklər.

Təlimdə əsas mövzular:
  • Qapalı sahə anlayışı və riskləri
  • Təhlükəsizlik prosedurları və giriş icazələri
  • Hava keyfiyyəti və qazların monitorinqi
  • Fərdi qoruyucu vasitələrin seçilməsi və istifadəsi
  • Fövqəladə hallar zamanı təxliyə və yardım üsulları
  • Əmək mühafizəsi qaydalarına riayət və sənədləşmə

Bu təlim işçilərə qapalı sahələrdə təhlükəsiz və sağlam iş şəraiti yaratmağa imkan verir.