Azərbaycanın təhlükəsizlik sektorunda aparıcı mövqeyə malik olan ISF MMC xidmət portfelini daim genişləndirərək müştərilərinə innovativ həllər təqdim edir. Ölkə üzrə bir sıra iri layihələrdə kompleks təhlükəsizlik sistemlərini uğurla tətbiq etmiş şirkət, nəqliyyat axınının və avtomobil sıxlığının artdığı müasir dövrdə yeni istiqamət – “Avto Dayanacaq Sistemləri” xidmətini istifadəyə verib. Bu həll parklanma prosesinin təhlükəsiz, nəzarətli və tam avtomatlaşdırılmış şəkildə idarə olunmasını təmin edir.
Müasir parklanma sistemi üç əsas komponentdən ibarətdir:
- Giriş-çıxışın məhdudlaşdırılması və nəzarəti,
- Ödəniş mexanizmləri,
- Naviqasiya və istiqamətləndirmə sistemləri.
ISF MMC bu layihələrin həyata keçirilməsi üçün beynəlxalq təcrübəyə və yüksək texnoloji standartlara malik tərəfdaş şirkətlərlə əməkdaşlıq edir.
Girişə nəzarət sahəsində şirkət 40 illik təcrübəyə malik və avtomatlaşdırılmış keçid sistemləri üzrə dünya liderlərindən biri hesab olunan Automatic Systems ilə əməkdaşlıq edir. Bu tərəfdaşlıq sayəsində ödənişli girişə nəzarət avadanlıqları yüksək etibarlılıq və davamlılıq göstəriciləri ilə təmin olunur.
Ödəniş infrastrukturu isə parklanma sistemləri üzrə ixtisaslaşmış Parking Time şirkətinin avadanlıqları əsasında qurulur. Bu sistemlər müxtəlif avtomatlaşdırma səviyyələrini dəstəkləyir və aşağıdakı funksionallıqları təmin edir:
- Parklanmanın təhlükəsiz və nəzarətli həyata keçirilməsi
- Video müşahidə vasitəsilə avtomobilin görüntüsünün və dövlət qeydiyyat nişanının yadda saxlanılması
- Dayanacaq ərazisini tərk edən nəqliyyat vasitəsinin avtomatik identifikasiyası
- Xüsusi işıqfor və idarəetmə qurğuları ilə hərəkətin tənzimlənməsi
- Maliyyə axınının tam nəzarətdə saxlanılması
- Qərəzsiz və şəffaf xidmət üçün avtomatlaşdırılmış kassa sistemi
Bundan əlavə, ISF MMC sürücülərin dayanacaq ərazisində rahat hərəkət etməsi və boş yerləri tez tapması üçün müasir naviqasiya sistemləri də təqdim edir. Bu istiqamətdə şirkət MultiGuide ilə əməkdaşlıq edir. Naviqasiya həlləri real vaxt rejimində boş yerlər barədə məlumat təqdim edərək parklanma prosesini sürətləndirir və nəqliyyat sıxlığını azaldır.
Təklif olunan sistemlər aeroportlarda, dəmir yolu vağzallarında, iri nəqliyyat qovşaqlarında, ticarət və biznes mərkəzlərində, mehmanxanalarda və digər ictimai obyektlərdə uğurla tətbiq oluna bilər.
ISF MMC layihələndirmədən quraşdırmaya, proqram təminatından texniki dəstəyə qədər bütün mərhələləri əhatə edən tam inteqrasiya olunmuş xidmət paketi təqdim edir və müştərilərinə müasir, etibarlı və uzunmüddətli həllər təmin edir.