Video-müşahidə sistemləri
Müasir təhlükəsizlik infrastrukturu 24/7 fasiləsiz fəaliyyət göstərən videomüşahidə sistemləri olmadan artıq təsəvvür edilmir. Texnologiyanın sürətli inkişafı bu sistemi sadəcə hadisələri qeydə alan passiv vasitədən çıxararaq aktiv analitik alətə çevirmişdir. Süni intellekt əsaslı idarəetmə sayəsində videomüşahidə artıq yalnız görüntü yazmaq və ya biometrik identifikasiya ilə məhdudlaşmır. Sistem davranış modellərini analiz edir, şübhəli hərəkət alqoritmlərini müəyyənləşdirir və fövqəladə hallara avtomatik reaksiya verir.

Təhlükəsizlik prosesində insan faktoru mühüm rol oynasa da, onun fiziki və psixoloji məhdudiyyətləri mövcuddur. Onlarla monitoru eyni vaxtda izləyən operator müəyyən müddətdən sonra diqqətini itirə bilər. Uzun saatlar ərzində, əksər hallarda hadisəsiz keçən görüntülərə fokuslanmaq real effektivliyi azaldır. Praktik olaraq ekranların 99 faizində heç bir fövqəladə vəziyyət baş vermədiyi üçün, şübhəli detalı vaxtında aşkar etmək insan üçün çətinləşir.

Süni intellektlə təchiz edilmiş analitik videomüşahidə sistemi isə yorulmur və diqqətini itirmir. O, eyni vaxtda yüzlərlə insanı identifikasiya edə, hərəkət trayektoriyalarını izləyə və əvvəlcədən müəyyən edilmiş risk ssenarilərini analiz edə bilir. Məsələn, sistem tərk edilmiş əşya, şübhəli davranış və ya qadağan olunmuş zonaya daxilolma kimi halları dərhal aşkar edərək təhlükəsizlik personalına xəbərdarlıq siqnalı ötürür. Operator artıq yalnız həyəcan siqnalı daxil olan görüntüyə fokuslanır və müvafiq tədbirləri görür.

ISF MMC obyektlərin daxili və xarici perimetrləri üçün müasir videomüşahidə sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki dəstəyi üzrə kompleks xidmət təqdim edir. Eyni zamanda şirkət sifarişçinin müəyyən etdiyi əməkdaşlar üçün sistemin idarə olunması və təhlükəsizlik protokolları üzrə sertifikatlaşdırılmış təlim proqramları təşkil edir. Bu yanaşma texnoloji həllərin effektiv tətbiqini və təhlükəsizlik səviyyəsinin maksimum dərəcədə təmin olunmasını mümkün edir.