Təxliyə planlarının hazırlanması
Təxliyə – fövqəladə vəziyyət zamanı insanların həyat və sağlamlığı üçün real təhlükə yarandıqda onların operativ şəkildə təhlükəsiz zonalara yönləndirilməsi prosesidir.

Təxliyə planı isə bütün müəssisə və təşkilatlarda hamının asanlıqla görə biləcəyi yerdə yerləşdirilən, binanın sxematik təsvirini əks etdirən məlumat lövhəsidir. Bu plan hər mərtəbə üzrə ayrıca hazırlanmalı və müvafiq mərtəbədə yerləşdirilməlidir. Ümumi bina planı ilə yanaşı, hər mərtəbənin fərdi təxliyə sxemi də təqdim olunmalıdır.

Təxliyə planının əsas məqsədi yanğın, zəlzələ və digər fövqəladə hallarda insanların binanı hansı çıxış yolları və marşrutlar vasitəsilə tərk etməli olduqlarını aydın şəkildə göstərməkdir. Plan eyni zamanda hərəkət istiqamətini, davranış ardıcıllığını və konkret fövqəladə vəziyyət zamanı atılmalı addımları izah edərək panikanın qarşısını almağa və təhlükəsizliyin təmin olunmasına xidmət edir.