Təxliyyə planlarının və fövqəladə vəziyyət ssenarisinin hazırlanması
Şirkətimiz müəssisələr, ofislər və sənaye obyektləri üçün tam təxliyyə planlarının və fövqəladə vəziyyət ssenarisinin hazırlanması xidmətini təqdim edir. Təxliyyə planları, fövqəladə hallar zamanı işçilərin və ziyarətçilərin təhlükəsiz və səmərəli şəkildə binanı tərk etməsini təmin edən vacib sənədlərdən biridir.

Xidmətlərin məzmunu:
• Binanın və iş sahələrinin təhlili və risklərin qiymətləndirilməsi;
• Fövqəladə vəziyyət ssenarilərinin hazırlanması;
• Təxliyyə marşrutlarının və toplaşma nöqtələrinin müəyyən edilməsi;
• Vizual və izahlı təxliyyə planlarının hazırlanması və razılaşdırılması;
• Qanunvericilik və standartlara tam uyğunluq.

Təcrübəli mütəxəssislərimiz hər bir layihəyə fərdi yanaşır və müəssisənizin təhlükəsizlik tələblərinə uyğun praktik və effektiv təxliyyə planları hazırlayır.