Yanğın təhlükəsizliyi üzrə tam həcmli xidmətlər təqdim edirik. Xidməti müqavilə əsasında peşəkar mütəxəssislərimiz müəssisənizdə yanğın təhlükəsizliyi sistemini qurur, mövcud riskləri analiz edir və normativ tələblərə uyğun kompleks həllər təqdim edir.
Xidmətə aşağıdakılar daxildir:- Yanğın təhlükəsizliyi üzrə ilkin audit və risklərin qiymətləndirilməsi
- Yanğınla mübarizə planlarının hazırlanması
- FHN tələblərinə uyğun sənədləşmənin təşkili
- Təhliukəsizlik planlarının və təlimatların hazırlanması
- Müəssisənin quruluşuna uyğun təxliyyə planlarının tətbiq edilməsi
- Yanğın siqnalizasiya və xəbərdarlıq sistemlərinin texniki spesifikasiyası və tətbiq prosesi üzrə məsləhət və ya təlim
- İşçilərin yanğın təhlükəsizliyi üzrə təlimatlandırılması və təlimlərin keçirilməsi
Əməkdaşlığın sonunda müəssisəniz yanğın təhlükəsizliyi üzrə tam funksional, sənədləşdirilmiş və yoxlamalara hazır bir sistemə sahib olur.